Sabir Rüstəmxanlı İctimai Palatanın rəhbərliyi ilə qapalı görüş keçirib

Sabir Rüstəmxanlı İctimai Palatanın rəhbərliyi ilə qapalı görüş keçirib
# 06 mart 2012 13:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı İctimai Palatanın (İP) rəhbərliyi ilə görüşüb. APA-nın məlumatına görə, S. Rüstəmxanlının təşəbbüsü ilə gerçəkləşən görüş VHP-nin qərargahında, mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib. Görüşdə İP Koordinasiya Şurasının (KŞ) üzvləri – Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Vidadi Mirkamal və KŞ-nin digər üzvləri iştirak ediblər.
Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, bu gün VHP-nin qərargahında İP-in respublika müşavirəsi keçirilib. S. Rüstəmxanlı görüşdə iştirak etməsə də, VHP-nin bir sıra funksionerləri bu toplantıya qatılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR