Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından əvvəl başa çatıb

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından əvvəl başa çatıb
# 27 iyul 2012 10:50 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Sənəd qəbulu vaxtından əvvəl yekunlaşıb. QMİ sənədlərin qəbulunun 1 sentyabr 2012-ci il tarixində başa çatdığını elan etsə də, proses elan edilmiş vaxta bir aydan da çox qalmış yekunlaşıb. Bu, 2600 yerlik kvotanın dolması ilə izah edilir.

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yalnız təyyarə ilə gedə biləcək. Həcc ziyarətinə yollanmaq istəyən zəvvarlara iki qiymət - 3090 manat və 3850 manat təklif olunur. 3090 manatlıq qiymətə zəvvarlar 4-5 nəfərlik qruplarla daha kiçik otaqlarda qalacaqlar. 3850 manatlıq qiymətlə Həccə gedənlərin qaldığı otaqlar isə daha geniş olacaq və bu otaqda 4 nəfərdən artıq insan qala bilməyəcək. Yemək və xidmət məsələlərində də ikinci qiymətlə ziyarətə gedənlər müəyyən üstünlüklər əldə edəcəklər.

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə oktyabrın 14-dən etibarən yola düşəcəklər.

Qeyd edək ki, 2011-ci ildə Həcc ziyarətinin qiymətləri avtobuslarla 2650 manat, təyyarə ilə 3750 manat olub. Bu ildən Azərbaycandan Həcc ziyarətinə avtobusla gediş ləğv olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR