Azərbaycan yığması Macarıstan çempionuna qalib gəlib

Azərbaycan yığması Macarıstan çempionuna qalib gəlib
# 06 aprel 2012 13:55 (UTC +04:00)
Bakı-APA. Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız “Viktoria SC Szombathely” klubu ilə qarşılaşıb.

Oyunda Sissi Raytın yetirmələri 3:0 hesabı ilə qalib gəliblər. Millimizin heyətində qolları Nərgiz Ömərova, Melis Sarıaltın və Leyla Solmaz vurublar.

Qeyd edək ki, “Viktoria SC Szombathely” komandası Macarıstanın U-17 qızlar liqasının hazırkı çempionudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR