Mahmud Kərimov: “Dəfələrlə müraciət etsək də, Metsamor AES-də aparılmış yoxlamalarla bağlı hesabatlar bizə təqdim olunmayıb”

Mahmud Kərimov: “Dəfələrlə müraciət etsək də, Metsamor AES-də aparılmış yoxlamalarla bağlı hesabatlar bizə təqdim olunmayıb”
# 24 aprel 2012 09:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Metsamor AES-lə bağlı Avropa Birliyinin də qərarları var, Avropa Komissiyası da bu AES-in dayandırılmasını tələb edib: “Lakin hələlik Ermənistan bu qərarlara elə də əhəmiyyət vermir və AES-in fəaliyyətini daha da modernləışdirir, yeni blok tikir. Bu dövlət Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən Metsamor AES-in dayandırılması ilə bağlı etirazlara da məhəl qoymur”.

M. Kərimov deyib ki, il ərzində Metsamor AES-də dəfələrlə yoxlamalar olur: “Baxmayaraq ki, biz dəfələrlə müraciət etmişik, onların hesabatları bizə təqdim olunmur. Həmin hesabatlarda nə yazıldığı bizə məlum deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR