“Qacarlar dövrünün titulları” adlı kitab nəşr edilib

“Qacarlar dövrünün titulları” adlı kitab nəşr edilib
# 16 iyul 2012 14:44 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Həsənzadənin nəşrə hazırladığı “Qacarlar dövrünün titulları” adlı kitabı çapdan çıxıb.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tariximizin bir neçə səhifəsini işıqlandıran kitabda XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün türk mənşəli azərbaycanlı şəxsiyyətləri haqqında məlumat verilir, onların yüksək titullarından bəhs olunur.
Kitab tarixin həmin dövrünü tədqiq edən alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR