Azərbaycanın cəbhə bölgəsində silah-sursat tapılıb

Azərbaycanın cəbhə bölgəsində silah-sursat tapılıb
# 22 sentyabr 2012 16:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın cəbhə bölgəsində xeyli sayda silah-sursat tapılıb. Bu barədə APA-ya Füzuli Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Zobucuq kəndi ərazisində 1 ədəd "Karabin" tüfəngi, 3 ədəd qumbara, 380 ədəd avtomat patronu, 22 ədəd patron darağı və digər hərbi sursatlar tapılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR