Yevlax rayonunda qətl törədən şəxslər həbs edilib

Yevlax rayonunda qətl törədən şəxslər həbs edilib
# 04 oktyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Yevlax rayonunda qətl törədən şəxslər həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də Rauf Qarayevi öldürüb, onun atası Eldarı isə yaralayıb hadisə yerindən qaçan Mehman Əmrahov, Xəyal Fərzanlı və Qasım Qasımov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Qeyd edək ki, məlum hadisə sentyabrın 27-də Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. Mingəçevir sakini, 1986-cı il təvəllüdlü Qarayev Rauf Eldar oğlu və atası 1957-ci il təvəllüdlü Qarayev Eldar Qüdrət oğlu Havarlı kənd qəbiristanlığında şəxsi münasibətlər zəminində naməlum şəxslərlə baş verən dava zamanı bıçaqlanıblar. Rauf Qarayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, atası isə ağır vəziyyətdə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb və onun kimliyi hələlik məlum deyil.

Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR