Son sutka ərzində Azərbaycanda qeydə alının 11 yol qəzasında 3 nəfər ölüb, 25 nəfər isə yaralanıb

Son sutka ərzində Azərbaycanda qeydə alının 11 yol qəzasında 3 nəfər ölüb, 25 nəfər isə yaralanıb
# 20 iyun 2012 07:02 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzalar nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölümlə nəticələnən yol qəzaları Sumqayıt, Şəmkir və Qaradağ rayonlarında baş verib.

Belə ki, Sumqayıt şəhərində “QAZ-31” markalı avtomobil dirəyə çırpılıb. Nəticədə bir nəfər ölüb. Şəmkirdə “Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər, Qaradağ rayonunda isə “Shadman” markalı avtomobillə “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR