Azərbaycan Dövlət Neft Fondu London, Paris, Roma, Moskva və İstanbulda daşınmaz əmlak alacaq

Azərbaycan Dövlət Neft Fondu London, Paris, Roma, Moskva və İstanbulda daşınmaz əmlak alacaq
# 23 iyul 2012 12:45 (UTC +04:00)
ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən etibarən daşınmaz əmlak bazarının öyrənilməsi məqsədilə Fondun əməkdaşları London, Paris, Roma, Moskva və İstanbul şəhərlərinə səfər edərək, müxtəlif daşınmaz əmlak şirkətləri ilə görüşlər keçiriblər. Eyni zamanda həmin şəhərlərdə müxtəlif daşınmaz əmlak obyektlərinə baxılıb.

Bununla yanaşı, hüquq məsləhətçiləri ilə birgə səmərəli hüquq-vergi strukturunun qurulması üzərində işlər aparılır: «Hazırda London, Paris, Roma, Moskva və İstanbul şəhərlərindən əlavə olaraq, Sinqapur, Malayziya və İndoneziya kimi ölkələrin mərkəzi şəhərlərində də müxtəlif daşınmaz əmlak obyektləri nəzərdən keçirilir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR