Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 16 iyul 2012 10:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 17-də Abşeron yarımadasında cənub küləyinin üstünlük təşkil etməsi və günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsizdir. İyulun 18-19-da gündüz arabir güclənən xəzri küləyini müsbət amil kimi qiymətləndirmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR