Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 515-ə çatıb

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 515-ə çatıb
# 06 mart 2012 13:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidıqızı - APA-Economics. Ötən ilin hesablamalarına görə, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 515-ə çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 2010-cu ildə Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499, yataq yerlərinin sayı isə 30 793 olub.

Ötən ilin yekunları nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin ilkin hesablamalarına əsasən Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 515-ə, yataq yerlərinin sayı isə 33 393-ə çatıb. İllik müqayisədə yataq yerlərinin sayında 11,8% artım müşahidə olunub.

Ötən il respublika ərazisində 30 mehmanxana istifadəyə verilib, hazırda isə 45 mehmanxana və mehmanxana tipli obyektin tikintisi davam etdirilir. İl ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 39 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib və bunun nəticəsində 214 500 manat məbləğində dövlət rüsumu büdcəyə köçürülüb. Həmçinin 28 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) təqdim edilib.

O da bildirilir ki, Azərbaycanda dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 83-ə çatıb. Hazırda Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 312, turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında isə 178 turizm şirkəti fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR