BBVB-nin valyuta bölməsində 8,073 mln. dollarlıq əqdlər bağlanılıb

BBVB-nin valyuta bölməsində 8,073 mln. dollarlıq əqdlər bağlanılıb
# 14 avqust 2012 15:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7848 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7848 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 2 207 255 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7848 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 4 134 086,50 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7848 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 8,073 mln. dollar və ya 6 341 341,50 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,17%, ABŞ dolları üzrə isə illik 11,83% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR