Minskdə Belarus-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilir

Minskdə Belarus-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilir
# 24 avqust 2012 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclası keçirilir.

Hökumətdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri avqustun 23-də başlayıb. Səfər avqustun 28-dək davam edəcək və bu müddət ərzində Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İclasda iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunacaq.

Qeyd edək ki, sözügedən hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri ölkənin baş nazirin birinci müavini Yaqub Eyyubov, Belarus tərəfindən isə bu ölkənin baş nazirinin müavini Andrey Kobyakov.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR