Kabardin-Balkarda üç silahlı zərərsizləşdirilib

Kabardin-Balkarda üç silahlı zərərsizləşdirilib
# 16 mart 2012 07:31 (UTC +04:00)
Bakı-APA. Kabardin-Balkarın Baksansk rayonunda üç silahlı məhv edilib. APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tünd rəngli “Mersedes” maşınını baxış keçirmək üçün saxlayıblar. Bu zaman maşından polislərə əl qumbarası atılıb. Polislər silahlılarla atışmaya başlayıblar, nəticədə qanunsuz silahlı birləşmələrin üzvü olan üç nəfər öldürülüb. Maşının yük hissəsinə baxış zamanı iki bomba aşkarlanıb. Öldürülən silahlıların üzərindən isə avtomat və dörd tapança götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR