Qəbələ aeroportu beynəlxalq aviareyslərə start verir

Qəbələ aeroportu beynəlxalq aviareyslərə start verir
# 29 oktyabr 2012 12:54 (UTC +04:00)
Qəbələ beynəlxalq aeroportundan «APA-Economics»ə verilən məlumata görə, Moskvadan-Qəbələyə uçuşlar noyabrın 15-dən etibarən başlayacaq: «Moskvadan Qəbələyə uçuş yerli vaxtla saat 10:45-də yerinə yetiriləcək ki, Qəbələdə təyyarə saat 13:10-da enəcək. Əks istiqamətdə isə uçuş saat 15:10 həyata keçiriləcək və Qəbələdən havaya qalxan təyyarə saat 18:10-da Moskvanın Domodedovo aeroportuna enəcək. Uçuşlar hər həftənin IV günü «Airbus-320» təyyarəsi ilə yerinə yetiriləcək».

Qeyd edək ki, bir istiqamətdə aviabiletin qiyməti 140 manat, hər iki istiqamətdə isə 264 manat təşkil edir.

Xatırladaq ki, sözügedən aviareys Qəbələ aeroportundan yerinə yetiriləcək ilk beynəlxalq aviareysdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR