Azərbaycanda daha 4 nəfər suda boğulub

Azərbaycanda daha 4 nəfər suda boğulub
# 18 avqust 2012 11:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda daha 4 nəfər suda boğulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Tovuz rayonunun Bozalqanlı kəndi ərazisindən keçən Tovuz çayında rayon sakini Abdulla Həsənov, Xaçmaz rayonunun Nabran kəndindəki dəniz çimərliyində rayon sakini Günəş Məlikov, Astara rayonunun Şahağacı kəndinin dəniz çimərliyində rayon sakini Nail Nəzərov, Binəqədi rayonunun Fatmayı kəndindəki dəniz çimərliyində, Cəlilabad rayon sakini Famil İbrahimov çimərkən suda boğulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR