Çempionlar Liqasında iştirakçı komandaların qazanacaqları mükafatın məbləği açıqlanıb

Çempionlar Liqasında iştirakçı komandaların qazanacaqları mükafatın məbləği açıqlanıb
# 01 avqust 2012 11:53 (UTC +04:00)
Bakı-APA. UEFA Çempionlar Liqasında 2012/13 mövsümü üçün iştirakçı komandaların qazanacaqları mükafatın məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, məbləğlərdə artım var.
Qitə futbol qurumunun açıqladığı mükafat məbləğləri Çempionlar Liqasının III təsnifat mərhələsində iştirak edən təmsilçimiz “Neftçi”nin Kiryat-Şmona “Hapoel”ini keçəcəyi təqdirdə azı 2,1 milyon avro qazanacağını göstərir. Çünki turnirdə play-off iştirakçıları məhz bu qədər irəli düşəcək.
Qrup mərhələsinə vəsiqə qazanan 32 klubun hər birinə 8,6 milyon avro ödəniləcək. Qrupda qazanılacaq hər qələbə komandalara 1, heç-heçə isə 0,5 milyon avro qazandıracaq. Növbəti mərhələyə adlayan klublar büdcəsini daha 3,5 milyon avro artıracaq.
1/4 finala vəsiqənin dəyəri 3.9, yarımfinalınkı isə 4.9 milyon avrodur. Finalçı 6,5 milyon avro qazanacaqsa, çempiona düşən pay 10.5 milyon avro olacaq. Bir sözlə, sonda kuboka sahib çıxacaq komanda maksimum çıxışla 37,4 milyon avro əldə edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR