Çörək və un məmulatlarının təhlükəsizlik göstəriciləri yoxlanılacaq

Çörək və un məmulatlarının təhlükəsizlik göstəriciləri yoxlanılacaq
# 16 may 2012 12:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda mağazalarda satılan çörək və un məmulatlarının monitorinqini aparacaq. RGEM-nin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, müayinələr üçün həmin məmulatlardan 100-ə yaxın nümunə götürüləcək və nümunələrin təhlükəsizlik göstəriciləri yoxlanılacaq: “Nümunələr həm mağazalarda satılan məhsullardan, həm də istehsalatdan götürüləcək. Məqsədimiz un, çörək və makaron məmulatlarında təhlükəsizlik göstəricilərini müayinə etmək, onların tərkibində mikrobioloji göstəriciləri, zəhərli kimyəvi maddələri, kartof xəstəlikləri törədicilərini araşdırmaqdır”.

İ. Abdullayev yay aylarında meyvə şirələrinin, pivə, kvas və dondurmaların da monitorinqinin aparılacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR