Bakıda polis əməkdaşları ilə davada saxlanılanların adları açıqlanıb

Bakıda polis əməkdaşları ilə davada saxlanılanların adları açıqlanıb
# 10 fevral 2012 12:34 (UTC +04:00)
Polis İdarəsindən APA-ya həmin insidentlə bağlı 3 nəfərin saxlandığı bildirilib. Məlumata görə, saxlanılan şəxslər İntiqam İmanov, Əliağa Abbasov və Canəhməd Nəzərovdur. Onların barələrində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, bir qrup gənc sərxoş vəziyyətdə Bakı Metropoliteninin “Nizami” stansiyanın platformasında polis əməkdaşlarına söz ataraq sataşıblar. Stansiyadan çıxandan sonra isə polis əməkdaşları ilə həmin şəxslər arasında dava düşüb. Nəticədə 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədə təqsirləndirilən şəxslərdən 3-ü isə saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR