Azərbaycanda yanvarda avtomobillər ucuzlaşıb
27 fevral 2012 10:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın avtomobil bazarında tələbatın azalması, təklifin isə artması müşahidə olunub. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin («ƏBİ» İB) avtomobil bazarında apardığı araşdırmalara əsasən, ay ərzində bazarda təklifin 4,7% artması, tələbin isə azalması fonunda avtomobillərin qiyməti 1,5% aşağı düşərək 15 900 dollar təşkil edib.
Birlikdən «APA-Economics»ə verilən məlumata görə, yaranmış vəziyyət bazarda avtomobillərin satış müddətinin artması ilə nəticələnib. Yanvarda təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 1,2% artaraq 45,1 günə yüksəlib.
«Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payında dekabr ayı ilə müqayisədə 1,2% azalma müşahidə edilib, bu markanın ümumi portfeldə payı 31,8% təşkil edib. Ümumilikdə, ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması qeydə alınıb. Təklif üzrə ən çox artım (4,1%) «VAZ» avtomobillərində qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur», - deyə hesabatda bildirilir.
Ümumilikdə, 9 markanın təklif üzrə payı 83,7% təşkil edib, qalan 16,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.
Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2011-ci illərdə istehsal olunmuş avtomobilləri əhatə edib.

İnfrastruktur
Cavanşir körpüsünün sökülməsi davam edir - FOTO
14:28
21 may 2024
“Samur”-“Yaraq-Qazmalar” buraxılış məntəqələrində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
12:50
21 may 2024
Deputat: Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır
12:47
21 may 2024
Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi 14 %-dən çox artıb
15:26
20 may 2024