BDU-da 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

BDU-da 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
# 30 mart 2012 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq tədbir keçirilib. APA-nın məlumatına görə, təbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayətdir. O deyib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxı, Quba, Lənkəran rayonlarında 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib. Bu hadisələr nəticəsində 10 minlərlə insan yurd-yuvasından didərgin düşüb. Rektorun sözlərinə görə, bu soyqırımı ilə əlaqədar ən tutarlı sənəd həmin hadisələrdən 80 il sonra qəbul edilib. Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib.

Tədbirdə çıxış edən BDU professorları Anar İsgəndərov, Qüdrət İsmayılzadə və digərləri soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR