Liviyada keçirilən parlament seçkilərində liberallar koalisiyası qalib gəlib

Liviyada keçirilən parlament seçkilərində liberallar koalisiyası qalib gəlib
# 14 iyul 2012 01:28 (UTC +04:00)
Bakı-APA. Liviya parlamenti - Milli Konqresə keçirilən seçkilərdə Mahmud Cibrilin başçılıq etdiyi liberallar koalisiyası – “Milli Qüvvələrin Alyansı” qalib gəlib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya seçki komissiyasının səsvermənin ilkin nəticələrinə aid açıqlamasında deyilir. Səsvermənin yekun nəticələri gələn həftə elan olunacaq. Verilən xəbərdə bildirilir ki, “Milli Qüvvələrin Alyansı” Tripoli, Banqazi daxil olmaqla əksər şəhərlərdə qalib gəlib. İkinci yerdə “müsəlman qardaşlarının” təşkil etdiyi Quruculuq və ədalət partiyasıdır.
Son 42 ildə Liviyada keçirilən ilk parlament seçkilərində əhalinin 60% iştirak edib.
200 deputat mandatından ibarət olan Liviya Milli Konqresi hökuməti təyin edəcək və bir il ərzində əsas qanunları qəbul edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR