Xocalı soyqırımı barədə alman dilində nəşr olunan kitabın müəllifi: “Almaniya cəmiyyətində Qarabağda baş verənlər barədə məlumat yoxdur”

Xocalı soyqırımı barədə alman dilində nəşr olunan kitabın müəllifi: “Almaniya cəmiyyətində Qarabağda baş verənlər barədə məlumat yoxdur”
# 23 fevral 2012 08:44 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Maqdeburq şəhər Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri, Xocalı faciəsindən bəhs edən kitabın müəllifi Rolf Kunşun bildirib. Müəllifi olduğu kitabın alman dilində nəşr olunduğunu deyən R. Kunşun kitabı yazarkən sadəcə, öz mülahizələrinə əsaslanmadığını deyib: “Mən sənədlərə istinad etmişəm. Kitab Almaniyada bütün orta və ali məktəblərində yayılacaq. Məqsədim alman xalqını Xocalı faciəsi ilə bağlı məlumatlandırmaqdır. Hesab edirəm ki, bu kitabın köməkliyi ilə alman xalqının bir hissəsi soyqırımı haqqında məlumatlara malik olacaq”.
Müəllif onu da deyib ki, kitabda əks olunan məlumatlar Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev tərəfindən əldə olunub və onlar kitabı birgə hazırlayıblar: “Ümid edirəm ki, bu yöndə işlər davam edəcək. Nəticədə Almaniya cəmiyyəti Xocalı soyqırımı barədə geniş məlumatlara malik olacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR