Azərbaycanın penitensiar müəssisələrində vərəmdən ölüm hallarının sayı 15 il ərzində 38 dəfəyədək azalıb
07 mart 2012 08:04 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 2011-ci il ərzində cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 73 məhkumun təhvil verilməsi və alınması həyata keçirilib, ədalət mühakiməsindən boyun qaçırmaq məqsədilə xarici dövlətlərdə gizlənən 3 nəfər təqsirləndirilən şəxs respublikaya ekstradisiya olunub. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin hesabatında qeyd olunub.
Həmçinin hesabatda 2011-ci il ərzində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən 20 161 məhkum və təqsirləndirilən şəxsin, habelə 606 hərbi qulluqçunun hərtərəfli tibbi müayinədən keçirildiyi göstərilib.
Hesabata görə, penitensiar müəssisələrdə vərəmdən ölüm hallarının sayı 15 il ərzində 38 dəfəyədək azalıb. Cəzaçəkmə müəssisələrində 3400 məhkum ictimai faydalı əməyə cəlb olunub. Məhkumlar tərəfindən vurulmuş ziyan üzrə zərərçəkmişlərə 508 min manat ödənilib.

Hadisə
Göygöldə çayda batan yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB-1 - FOTO - VİDEO
01:59
19 may 2024
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
20:07
18 may 2024
Quba-Xaçmaz yolunu sel basıb - FOTO
19:27
18 may 2024