Ucarda baş verən avtoqəzada iki nəfər ölüb, biri ağır yaralanıb

Ucarda baş verən avtoqəzada iki nəfər ölüb, biri ağır yaralanıb
# 05 mart 2012 21:42 (UTC +04:00)
Ucar. Elvin Yaqubov-APA. Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə martın 5-də axşam saat 22:00 radələrində magistral yolun Ucarın Qazıqumlax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ucarın Qarabörk kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Səbuhi Əli oğlunun idarə etdiyi 61-BF-059 dövlət nömrə nişanlı “VAZ 2109” markalı minik maşını qarşı tərəfdən gələn Yevlax şəhər sakini, Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat müvəkkili, baş leytenant 1974-cü il təvəllüdlü Adıgözəlov Azər Qara oğlunun idarə etdiyi 10-XP-177 dövlət nömrə nişanlı “Mersedes-190” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən “VAZ 2109”un sürücüsü Səbuhi Əliyevin və sərnişini Alpoud kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Elşad Əliisa oğlunun həyatını həkimlər xilas edə bilməyiblər. Xəstəxanaya yerləşdirilən digər avtomobilin sürücüsü Azər Adıgözəlovun vəziyyəti orta ağırdır.
Faktla bağlı Ucar rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR