ARDNŞ «Eldaroyuğu-Böyük Palantökən» sahəsində kompleks geofiziki kəşfiyyat işlərinə başlayıb

ARDNŞ «Eldaroyuğu-Böyük Palantökən» sahəsində kompleks geofiziki kəşfiyyat işlərinə başlayıb
# 29 avqust 2012 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ARDNŞ-in «Azneft» İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin «Kəşfiyyatgeofizika» İdarəsi Kür-Qabırrı çaylararası neftli-qazlı rayonun «Eldaroyuğu-Böyük Palantökən» sahəsində seysmik və qravimaqnitometrik üsullarla kompleks geofiziki kəşfiyyat işlərinə başlayıb.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, neft-qaz toplanması üçün əlverişli zonaların müəyyənləşdirilməsi, Təbaşir-Paloegen və Neogen çöküntülərinin geoloji quruluşunun öyrənilməsi məqsədilə aparılan işlərə iyul ayının əvvəllərində start verilib. Bu günə qədər ümumi dərinlik nöqtəsi və sınan dalğa üsulları ilə 220 xətti km, kəsilişin üst hissəsinin öyrənilməsi məqsədilə 56 xətti km 2D çöl işləri yerinə yetirilib, qravimetrik tədqiqatlarla 120 xətti km, maqnitometrik üsulla isə 136 xətti km həcmində tədbirlər görülüb.

Qeyd edək ki, ümumi işin 60%-i artıq başa çatdırılıb.

Çöl işlərinin oktyabr ayının əvvəllərində yekunlaşdırılması planlaşdırılır. Əldə ediləcək materiallar «Kəşfiyyatgeofizika» İdarəsi tərəfindən emal və interpretasiya olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR