Qax rayonunda radikal yönümlü dini təriqəti təbliğ edən kitablar aşkarlanıb

Qax rayonunda radikal yönümlü dini təriqəti təbliğ edən kitablar aşkarlanıb
# 23 avqust 2012 08:18 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax rayon sakinlərinin yaşadığı evdən radikal yönümlü dini təriqəti təbliğ edən kitablar aşkarlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində radikal yönümlü dini təbliğ etməkdə şübhəli bilinən şəxslərin evində əməliyyat-axtarış tədbiri keçirib. 1982-ci il təvəllüdlü, Qax rayonu Zəyəm kənd sakini Əsgərov Qurban Səbri oğlunun yaşadığı evdə aparılan əməliyyat tədbiri zamanı 9 ədəd müxtəlif adda dini kitab, 10 ədəd broşür və 1 ədəd “TOZ” markalı 18 çaplı yivsiz təklülə silah aşkar edilərək götürülüb. Qax şəhərində Aidə Məmmədovanın evində kirayə yaşayan, 1978-ci il təvəllüdlü rayonun Ləkid kənd sakini Tayıbov Zahir İsaq oğlunun yaşadığı mənzilə baxış zamanı 11 ədəd müxtəlif adda dini kitab, 21 ədəd broşür, 2 ədəd dini dəftər, 24 ədəd audio kaset, 7 ədəd disk və bir ədəd video kaset aşkar edilərək götürülüb. Götürülmüş dini kitablar və digər vəsaitlər həqiqətən radikal yönümlü təriqəti təbliğ edib-etməməsini müəyyənləşdirmək üçün Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Şimal-qərb bölgəsi üzrə regional bölməsinə göndərilib. FakTla bağlı Qax RPŞ-də araşdırma davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR