İraqda gündəlik neft hasilatı son 30 ildə tarixi maksimuma çatıb

İraqda gündəlik neft hasilatı son 30 ildə tarixi maksimuma çatıb
# 05 mart 2012 15:03 (UTC +04:00)
Bakı - APA-Economics. İraqda gündəlik neft hasilatı son 30 ildə tarixi maksimuma çataraq, sutkada 3 mln. barel təşkil edib.

APA-Economics”İn xəbərinə görə, ölkənin Neft Sənayesi Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, bu, 1979-cu ildən bəri ən yüksək göstəricidir.

Ötən il İraqda gündəlik neft hasilatı 2,7 mln. barelə yaxın olub. Neft sənayesi naziri Əbdülkərim Luaybi bildirib ki, yaxın 3 il ərzində neft hasilatını iki dəfə artırmaq planlaşdırılır: “Uzunmüddətli hədəf isə 12 mln. bareldir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR