“Facebook”un zərəri 157 mln. dollara çatıb

“Facebook”un zərəri 157 mln. dollara çatıb
# 27 iyul 2012 11:19 (UTC +04:00)
Bakı - APA-Economics. “Facebook” sosial şəbəkəsi bu ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, “Facebook” səhmlərinin iki ay əvvəl birjaya çıxarılmasından sonra təqdim olunan ilk hesabatdan şirkətin 2012-ci ilin ikinci rübündə 157 mln. dollar zərərə düşdüyü məlum olub.

Maraqlıdır ki, ikinci rübdə şirkətin gəlirləri 30% artaraq 1,2 mlrd. dollara çatıb. Gəlirlərin əsas hissəsini reklamların yerləşdirilməsi təmin edib.

Şirkətin maliyyə hesabatı açıqlandıqdan sonra birjalar bağlanarkən “Facebook”un səhmlərinin dəyəri daha 9% ucuzlaşıb və nəticədə qiymətləri ilkin dəyərindən 30% aşağı edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR