“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı hərbi hissə və bölmələrin idarə olunması” mövzusunda komanda-qərargah təlimi keçirilib

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı hərbi hissə və bölmələrin idarə olunması” mövzusunda komanda-qərargah təlimi keçirilib
# 05 may 2012 07:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı hərbi hissə və bölmələrin idarə olunması" mövzusunda komanda-qərargah təlimi keçirilib. APA-nın “Fövqəladə Hallar” qəzetinə istinadən verdiyi məlumata görə, təlimə hərbi hissənin qərargahı, xidmətləri, bölmələri və ərazi üzrə mülki müdafiə xidmətləri və hərbiləşdirilməmiş dəstələri cəlb edilib.

Təlimdə hərbi hissənin döyüş hazırlığı planının tələblərinə uyğun hazırlanmasına, qəza və təbii fəlakətlər zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə, hərbi hissənin hazırlıq vəziyyətinə gətirilməsinə, hadisə rayonuna çıxarılmasına dair görülən tədbirlərin hazırlığına, hərbi hissə komandirinin, bölmə komandirlərinin qərarları düzgün qəbul etməsinə, təlimə hazırlıq və təlimin gedişi zamanı şəxsi heyətin sağlamlığına və təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması tədbirlərinin yerinə yetirilməsi zamanı hərbi hissənin qüvvələrinin hərbiləşdirilməmiş qüvvələri ilə qarşılıqlı fəaliyyətinin təşkilinə diqqət yetirilib
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR