Elmar Məmmədyarov Qırğız Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib

Elmar Məmmədyarov Qırğız Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib
# 10 sentyabr 2012 16:01 (UTC +04:00)
Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 10-da Qırğız Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Aycigit Buramovu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov A. Buramovu təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, A. Buramov ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirib.

Görüşdə ölkələr arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi məqsədlə hər iki ölkənin iş adamlarının təmasların artırılmasının zəruriliyi xüsusi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR