"Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nda dəyişikliklər edilib

"Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nda dəyişikliklər edilib
# 24 oktyabr 2012 08:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Nazirlər Kabineti "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nda dəyişikliklər edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, dəyişiklik "Dövlət qulluğu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli qanununun tətbiqi haqqında" ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə edilib. Dəyişikliyə əsasən, qanunun 4-cü hissəsində "1-5-ci kateqoriya" sözləri "ali-2-ci kateqoriya" sözləri ilə, "6-cı və 7-ci kateqoriya" sözləri "3-5-ci kateqoriya" sözləri ilə, 4-1-ci hissədə "3-7-ci kateqoriya" sözləri "2-5-ci kateqoriya" sözləri ilə əvəz edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR