Arxeologiya və Etnoqrafiya İnstitutu: Ermənistan beynəlxalq sənədlərə məhəl qoymadan münaqişə ərazisində arxeoloji qazıntılar aparmaqda davam edir

Arxeologiya və Etnoqrafiya İnstitutu: Ermənistan beynəlxalq sənədlərə məhəl qoymadan münaqişə ərazisində arxeoloji qazıntılar aparmaqda davam edir
# 31 avqust 2012 13:33 (UTC +04:00)
APA-nın məlumatına görə, N. Müseyibli respublikada son illər ərzində aparılan arxeoloji qazıntıların nəticələri, arxeoloji abidələrin elektron xəritələri üzərində aparılan işlərdən danışıb. Çıxışında Ermənistanın növbəti saxtakarlığa əl atdığını deyən direktor müavini, ermənilərin işğal etdiyi Qarabağ ərazisində Azərbaycana məxsus tarixi abidələrin yerləşdiyi ərazilərdə "qədim şəhərlər"inin olduğunu iddia etdiklərinə toxunub: “Erməni arxeoloqları qədim Azərbaycan torpaqlarında yerləşən Cohurqala abidəsinin yerləşdiyi ərazilərdə qazıntılar apararaq, uydurma “Tiqrankert” adlı qədim şəhərin nümunələrini aşkarladıqlarını bildirirlər. Bu tarixi abidə hələ Sovet İttifaqı dövründə aşkarlanaraq Azərbaycanın qədim tarixinin nümunəsi kimi rəsmi qeydiyyatdan keçib. Tarixdə ümumiyyətlə Qafqazda “Tiqrankert” adlı şəhərin olmadığı məlumdur. Hətta ermənilər Ağdam rayonu ərazisində yerləşən Şahbulaq saray kompleksini təmir edərək kompleksin içərisində "Tiqranakert" adlı tarix muzeyinin yaradılmasını elan ediblər”.

N. Müseyibli bildirib ki, Ermənistanın da qoşulduğu beynəlxalq konvensiyalar münaqişə ərazisində arxeoloji qazıntıların aparılmasını qadağan edir: “Bu qadağalara baxmayaraq, işğalçı dövlət bu sənədlərə məhəl qoymayaraq öz əməllərini davam etdirirlər".

Onun sözlərinə görə, bununla bağlı bir neçə dəfə Azərbaycan tərəfindən beynəlxalq səviyyədə müraciətlər olunub, lakin hələlik bir nəticə yoxdur. Onun sözlərinə görə, Cənubi Qafqazda ermənilərə aid ən qədim tarixi abidə 250 il əvvələ təsadüf edir.

Direktor müavini deyib ki, hazırda Azərbaycanda aparılan arxeoloji qazıntılara xarici mütəxəssislər də cəlb olunur: “Son illər Azərbaycanın işğal altında olan ərazilərindən başqa bütün bölgələrdə ekspedisiyalar aparılır. Hazırda institutumuz tərəfindən 40-a yaxın ekspedisiya işləyir. Bu qazıntı işlərində Fransa, Koreya, Türkiyə, Rusiya, Almaniya, Yaponiya, ABŞ-dan əcnəbi alimlər də iştirak edir. Naxçıvan Muxtar Respublikasında, Tovuz, Lerik də hazırda qazıntı işləri davam etdirilir. Ekspeditorlarımız bu ərazilərdə tədqiqatlarını davam etdirirlər”.

N. Müseyibli qeyd edib ki, bu qazıntıların nəticəsi olaraq dünya elmi-ədəbiyyatına Azərbaycanın qədim mədəniyyəti haqqında daha geniş məlumat verirlər. Bildirilib ki, tapılan qədim mədəniyyət nümunələri, abidələr institutun fondunda saxlanılır, araşdırıldıqdan sonra isə artıq həmin bölgələrin diyarşünaslıq muzeylərinə verilir. N.Müseyibli onu da əlavə edib ki, hazırda fondda yüzlərlə belə tapıntılar var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR