Bakıda mağazaya basqının qarşısı alınıb

Bakıda mağazaya basqının qarşısı alınıb
# 22 avqust 2012 11:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazaya basqının qarşısı alınıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən bildirilib.

Məlumata görə, ötən gecə Bakının Badamdar qəsəbəsində yerləşən, Pərvin Əfəndiyevaya məxsus “Bizim market”ə müdaxilə olunması barədə Baş Mühafizə İdarəsinin Səbail rayon Mühafizə Bölməsinin növbətçi hissəsinə həyəcan siqnalı daxil olub. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə əməliyyat qrupu gedib. Mağazaya baxış keçirilərək şüşələrin sındırıldığı və obyektdə bir nəfər şəxsin olduğu müəyyənləşib. Həyata keçirilən tədbirlər nəticəsində mağazaya soxulan şəxsin Taleh Aşurov olduğu müəyyənləşib və o saxlanılıb. Onun üzərindən 274 manat dəyərində siqaret və içki məhsulları götürülüb.

T. Aşurov aidiyyatı üzrə Səbail Rayon Polis İdarəsinə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR