Bakıda kafedə dava düşüb, ölən və yaralanan var

Bakıda kafedə dava düşüb, ölən və yaralanan var
# 22 oktyabr 2012 08:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda qətl törədilib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Bakıxanov qəsəbəsi ərazisində yerləşən kafelərdən birində qeydə alınıb. Bakı sakini, 22 yaşlı İsa Cəbiyev, 21 yaşlı Əmrah Yaqubov və 22 yaşlı Vitali Bədəlov arasında dava düşüb. Dava zamanı Əmrah Yaqubov hər iki dostunu bıçaqlayıb. Nəticədə V. Bədəlov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İ. Cəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR