«Flydubai» aviaşirkəti sərnişinlərinə film və televiziya proqramları paketi təklif edir - FOTO

«Flydubai» aviaşirkəti sərnişinlərinə film və televiziya proqramları paketi təklif edir - <font color=red>FOTO</font>
# 08 fevral 2012 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti təyyarələrində təchiz edilmiş IFE əyləncə sistemini yeniləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, artıq sərnişinlərə geniş çeşiddə televiziya proqramları, musiqi və kinofilmlər təklif olunur. Bu sistemin imkanlarından faydalanaraq «Flydubai» şirkəti sərnişinlərə nadir musiqi, kino və televiziya proqramları paketi təklif edir. Məsələn, sərnişinlər qiyməti 3 ABŞ dollarından başlayan film və televiziya proqramları paketini seçə bilər.

Yeni təklif, qiymət və keyfiyyət mütənasibliyinə görə son dərəcə əlverişlidir. Sərnişinlər Amerika, Hindistan və ərəb istehsalı olan 149 film arasında seçim edə bilərlər. Eyni zamanda «Flydubai» sərnişinlərə dünya kinematoqrafının son yenilikləri və 10 ən məşhur filmlərini təklif edir. Bundan başqa, sistem 250 musiqi albomu və 154 televiziya proqramının yayımını təmin edir (2010-cu ildə - yalnız 32 proqram mövcud idi). Beləliklə, təyyarə göyərtəsində əyləncə proqramlarının ümumi müddəti 500 saatdan artıqdır.

«Ən müasir texnologiyaları tətbiq edərək çalışırıq ki xidmətlərimizi daim təkmilləşdirək. Məzmun həcminin durmadan genişləndirilməsi, hətta təyyarələrdə tez-tez uçan sərnişinlərə yeniliklər vəd edir», - deyə «Flydubai» aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyt bildirib.

Qeyd edək ki, qiyməti 3 dollar olan baza paketinə televiziya verilişləri, musiqi və oyunlar daxildir. Qiyməti 8 dollar olan «Premium» paketini seçən sərnişinlər isə əlavə olaraq, kinofilmlərə baxa biləcək.

Xatırladaq ki, «Flydubai» aviaşirkəti Bakı-Dubay aviareysi üzrə uçuşları hər həftənin I, II, IV, V və VI günləri yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR