İranda azərbaycanlı ABŞ prezidentinə məktub yazdığına görə həbs olunub

İranda azərbaycanlı ABŞ prezidentinə məktub yazdığına görə həbs olunub
# 08 fevral 2012 00:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərinin sakini Nəsir Şüarian ABŞ prezidenti Barak Obamaya məktub yazdığına görə həbs olunub. APA-nın HRANA-ya istinadən məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunmuş Nəsir Şüarian təcridxanada 9 gün sorğu-suala tutulduqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb. O, məktubunda sadəcə B. Obamadan İraqda “Əşrəf” düşərgəsində yaşayan İran hökumətinə müxalif İran Xalq Mücahidləri Təşkilatının üzvlərinin hüquqlarını qorumasını istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR