Hüquq müdafiəçiləri Qobustan, Şamaxı və Ağsu rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Qobustan, Şamaxı və Ağsu rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçiriblər
# 14 mart 2012 13:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, hüquq müdafiəçiləri Teymur Qəniyev və Süleyman Süleymanov Qobustan, Şamaxı və Ağsu rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçiriblər. E. Behbudovun APA-ya verdiyi xəbərə görə, monitorinq zamanı saxlanılan şəxslər tərəfindən onlara hər hansı şikayət daxil olmayıb: “Biz təcridxanaların istilik sistemləri ilə təchiz olunması, saxlanılan şəxslərə verilən yeməyin keyfiyyəti və digər məsələlərə diqqət yetirdik. Hər hansı qanun pozuntusu aşkar etmədik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR