Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək

Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək
# 21 may 2012 16:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Milli Məclisin (MM) deputatları Gülər Əhmədova və Sədaqət Vəliyeva Azərbaycan-Şimali Kipr Gənclər Forumunda iştirak etmək üçün mayın 23-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Ərcan şəhərinə səfər edəcəklər. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın 28 may Respublika gününə həsr olunmuş forum millət vəkili Gülər Əhmədovanın təşəbbüsü, buradakı Doğu Akdeniz Universitetinin Azərbaycan Cəmiyyətinin və “Miras” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

“Dünyada mənim Vətənim” layihəsi çərçivəsində baş tutacaq tədbirdə hər iki ölkənin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və s. sahələrdə keçdiyi inkişaf yolu, gənclərin bu istiqamətlərdə əldə etdiyi nailiyyətlər barədə fikir mübadiləsi aparılacaq.

Yığıncaqda millət vəkilləri MM üzvləri gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şərait, onların cəmiyyət həyatında fəal iştirakı haqqında söhbət açacaqlar.

Səfər mayın 25-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR