Azərbaycanın Litvadakı səfiri bu ölkənin kənd təsərrüfatı naziri ilə görüşüb – FOTO
17 aprel 2012 14:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva kənd təsərrüfatı naziri Kazis Starkyaviçyus ilə görüşüb. Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, xüsusən də kənd təsərrüfatı sahəsində mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub. Litva ilə bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirməyə önəm verdiklərini vurğulayan H. Məmmədzadə aqrar sektorda fəaliyyət göstərən qurumlar arasında birbaşa əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb. Səfir ölkələr arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi üçün müvafiq işlərin aparıldığını bildirib. O deyib ki, K. Starkyaviçyusun Azərbaycana səfəri iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına xidmət edəcək.
Nazir 18-20 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında məmnuniyyətlə iştirak edəcəyini və azərbaycanlı həmkarı ilə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün fürsət əldə edəcəyini söyləyib.
Nazir 18-20 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında məmnuniyyətlə iştirak edəcəyini və azərbaycanlı həmkarı ilə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün fürsət əldə edəcəyini söyləyib.
Xarici siyasət
Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb
20:12
14 may 2024
Milli Məclisin sədri Sinqapur parlamentinin sədri ilə görüşüb
17:16
14 may 2024
Paşinyan: Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
16:09
14 may 2024
Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - YENİLƏNİB-1
16:09
14 may 2024