Azərbaycan və Serbiya bir sıra sahələrdə birgə layihələr həyata keçirəcək

Azərbaycan və Serbiya bir sıra sahələrdə birgə layihələr həyata keçirəcək
# 17 may 2012 10:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan və Serbiya kənd təsərrüfatı, qabaqcıl texnologiyalar və əczaçılıq sahələrində bir sıra birgə layihələr həyata keçirə bilər. APA-nın xəbərinə görə, bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç deyib. O bildirib ki, bu layihələr hazırda işlənib hazırlanır, ona görə də hələlik konkret nəticələr haqda danışmaq tezdir.

Səfir iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini söyləyib və mayın 16-da Bakıda keçirilən biznes-forumun əlaqələrə böyük stimul verdiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR