Azərbaycanda hərbi hissə komandirinin müavini xəstəlikdən dünyasını dəyişib

Azərbaycanda hərbi hissə komandirinin müavini xəstəlikdən dünyasını dəyişib
# 19 may 2012 13:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Ordusunun zabiti vəfat edib. Bu barədə APA-ya mərhum zabitin qohumları məlumat veriblər. Məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, 1973-cü il təvəllüdlü, mayor Həsənov İsgəndər Bəhram oğlu xəstəlikdən dünyasını dəyişib. Mərhum sirroz xəstəliyindən əziyyət çəkirmiş.

Zabitin meyiti ailəsinə təhvil verilib.

Qeyd edək ki, İ. Həsənov Bərdə rayon Hərbi komissarlığından xidmətə çağırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR