Bakıda keçirilən “Neft, Qaz və Media” konfransı başa çatıb

Bakıda keçirilən “Neft, Qaz və Media” konfransı başa çatıb
# 19 sentyabr 2012 15:02 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə BMİ-nin idarə heyətinin üzvü, BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə
Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib.

Konfrans ikinci gün işinə BMİ-nin icraçı direktoru Alison Betel Makkenzinin moderatorluğu ilə “Mənim ölkəm neftlə zəngindir, bəs mən niyə belə kasıbam?” adlı sessiya ilə başlayıb. Bu sessiyada “Financial Times”ın reportyoru Tom Burgis, “New Vision”un jurnalisti Co Nem, Ukraynanın “Nida işarəsi” televiziyasının aparıcısı Artyom Şevçenko və “Azərpress” (Azərbaycan) agentliyinin baş redaktoru Aidə Sultanova məruzə ediblər.

“Bakı: qara qızıl paytaxtı” adlı sessiyaya “Azad Azərbaycan International” televiziya kanalının rəhbəri Azər Xəlilov moderatorluq edib. Bu sessiyada Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Mikayıl Cabbarov müzakirə aparıblar.

“Forbes” (ABŞ) jurnalının reportyoru Kaşmir Hillin moderatorluğu ilə “Neft kompaniyaları tərəfindən sosial medianın ictimai fikirlə mübarizədə istifadəsi” adlı sessiyada “Reuters”in (Böyük Britaniya) müxbiri Tom Bergin, “OpenOil”-un (Almaniya) araşdırmaçı əməkdaş Zara Rahman məruzə ediblər, konfrans iştirakçılarının suallarını cavablandırıblar.
Bu gün keçirilən sessiyalarda Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.
Qeyd edək ki, sözügedən konfransda Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın 27 ölkəsindən 200-dən çox media nümayəndəsi qatılıb.

Xatırladaq ki, konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət olub.

Konfransın rəsmi informasiya tərəfdaşları sırasında APA İnformasiya Agentliyi də yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR