Azərbaycan neftinin qiyməti büdcədəki həddən 1,5 dollar aşağıdır

Azərbaycan neftinin qiyməti büdcədəki həddən 1,5 dollar aşağıdır
# 20 iyun 2012 12:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan həddən aşağı səviyyədədir.

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 19-da keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 7 sent bahalaşaraq 98,45 dollara satılıb. Bu isə neftin büdcədəki baza qiymətindən 1,55 dollar azdır.

Xatırladaq ki, 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR