Misirdə oğurlanmış koreyalı turistlər azad olunublar

Misirdə oğurlanmış koreyalı turistlər azad olunublar
# 11 fevral 2012 02:45 (UTC +04:00)
Bakı-APA. Misirdə oğurlanmış 3 koreyalı turist və misirli tərcüməçi azad ediliblər. Bu, Misir rəsmilərinin turistləri oğurlamış şəxslərdə danışığından sonra mümkün olub.

Danışıqlarda Misir turizm naziri Munir Fəxri Əbdül Nur, Cənubi Sinay vilayətinin valisi Xalid Fəda və vilayətin təhlükəsizlik xidmətinin rəhbəri Məhəmməd Naqib iştirak ediblər.

3 koreyalı turist və misirli tərcüməçi dünən axşam Sinay yarımadasının cənubunda Müqəddəs Yekaterina monastırının yaxınlığında oğurlanmışdılar.

Cinayətkarların tələbləri barədə məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR