Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 22% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 22% artıb
# 09 mart 2012 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 94 xarici dövlətlə 2 506,5 mln. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəə mübadiləsinin 252,3 mln. dolları MDB üzvü olan dövlətlər, 2 254,2 mln. dolları digər ölkələrlə həyata keçirilib.

Xarici ticarət dövriyyəsinin 1 848,8 mln. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 657,7 mln. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 1 191,1 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Ötən ilin yanvar ayına nisbətən xarici ticarət dövriyyəsi 15,7%, ixrac 17,5%, idxal 11%, müsbət saldo isə 21,6% artıb.

«Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,3%-i) İtaliya, Fransa, Almaniya, Rusiya, Bolqarıstan, Türkiyə, İsrail, İndoneziya, Portuqaliya, Ukrayna və Gürcüstan dövlətləri ilə aparılıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR