Bakı bələdiyyələrindəki torpaqların satışı üzrə hərrac və müsabiqələrin keçirilməməsinin səbəbi açıqlanıb

Bakı bələdiyyələrindəki torpaqların satışı üzrə hərrac və müsabiqələrin keçirilməməsinin səbəbi açıqlanıb
# 22 fevral 2012 07:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda 2009-cu ilin oktyabrından indiyə qədər bələdiyyə torpaqlarının satışı ilə bağlı 5 minə qədər müsabiqə və hərrac keçirilib, bu zaman heç bir qanun pozuntusu qeydə alınmayıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Q.Məmmədov Bakı bələdiyyələrindəki torpaqların satışına dair hərrac və müsabiqələrin keçirilməməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, hələlik bu torpaqların sərhədləri dəqiq müəyyən olunmayıb.

“Əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti bu torpaqların sərhədlərini müəyyənləşdirməli və bununla bağlı müvafiq sərəncam verməlidir. Bu barədə tapşırıq hələ 2000-ci illərin əvvəlində verilməsinə baxmayaraq, indiyədək icra olunmayıb” - deyə komitə sədri qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR