Slovakiya Milli Kitabxanasının əməkdaşları Azərbaycana gələcəklər

Slovakiya Milli Kitabxanasının əməkdaşları Azərbaycana gələcəklər
# 02 iyul 2012 08:19 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Slovakiya Milli Kitabxanasının kitabxana xidməti üzrə direktor müavini Darina Janovska və sistem administratoru Villiam Polonec 12-17 iyulda Azərbaycanda səfərdə olacaqlar. Milli Kitabxanadan APA-ya verilən məlumata görə, səfərdə məqsəd Slovakiya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında imzalanmış ikitərəfli əməkdaşlıq haqqında Memorandumun maddələrinə uyğun təcrübə mübadiləsi həyata keçirməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR