Ötən ay Təhsil Nazirliyinin “qaynar xətt”inə 68 şikayət daxil olub

Ötən ay Təhsil Nazirliyinin “qaynar xətt”inə 68 şikayət daxil olub
# 19 mart 2012 08:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu ilin fevral ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1629 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir.
“Qaynar xətt” xidmətinə daxil olan 68 şikayət xarakterli müraciətin böyük əksəriyyəti Bakının ümumi təhsil müəssisələri ilə bağlıdır. Həmçinin, Abşeron (4 müraciət), Kürdəmir, Masallı, Ağdam, Quba (hər birindən 2 müraciət), Füzuli, Samux, Şəki, Hacıqabul, Lənkəran, Yardımlı, Tərtər, Zaqatala, Göygöl, Xocavənd, Beyləqan, Qubadlı, Saatlı, Lerik, Ağsu, Ağcabədi, Gədəbəy rayonlarından (hər birindən 1 müraciət), Gəncə, Mingəçevir şəhərlərindən (hər birindən 1 müraciət) şikayət xarakterli müraciətlər daxil olub.
Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sisteminin nasazlığı, elektrik enerjisinin fasilələrlə verilməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri və digər məsələlərlə bağlıdır.

Ötən ay texniki peşə məktəbləri ilə bağlı 3 şikayət daxil olub. Bu şikayətlərdə Bakı 12 nömrəli, Biləsuvar və Gədəbəy peşə liseylərindən bəhs edilib. Ali təhsil müəssisələri ilə bağlı daxil olan 8 şikayət xarakterli müraciətin 6-sı dövlət, 2-si isə özəl tədris ocaqları ilə əlaqədardır. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib. Orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 4 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. Həmin müraciətlərə baxılıb və müvafiq qaydada cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR