Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,7% yüksəlib
# 16 oktyabr 2012 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 13 424 bəndədək, S&P 500 0,8% - 1 440 bəndədək, Nasdaq 0,7% - 3 064 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə ölkədə pərakəndə ticarət dövriyyəsinin sentyabr ayında aylıq müqayisədə 1,1% artması barədə məlumat təsir edib.

Avropa fond bazarlarında oktyabrın 15-də FTSE 100 indeksi 0,2% - 5 806 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 261 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 420 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 738,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2966 (+0,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR